Yaponiyanın İşikava əyalətində təxminən bir həftə əvvəl baş verən 7,6 bal gücündə zəlzələdən sonra həyatını itirənlərin sayı 128-ə yüksəlib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələdə ölənlərin sayı 128-ə yüksələrkən, yaralananların sayının 560 olduğu açıqlanıb. Bildirilib ki, onlardan xəbər ala bilməyən 195 nəfərin axtarışları davam etdirilir.
Qeyd edək ki, İşikava əyalətinin rəhbərliyi zəlzələdə ən az 1370 binanın zərər gördüyünü açıqlasa da, təxminən 30 min zəlzələ qurbanının müvəqqəti sığınacaqlarda qaldığı öyrənilib.
Aynurə İsmayıl