Əfqanıstanın müvəqqəti hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstan üzrə Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru Feridun Sinirlioğlunun vəzifə müddəti ərzində Əfqanıstan üçün göstərdiyi səylərdən məmnun olduqlarını açıqlayıb.
Ednews birgun.net-ə istinadən xəbər verir ki,Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid Əfqanıstan mətbuatına BMT-nin Əfqanıstandakı Xüsusi Qiymətləndirmə Missiyası ilə bağlı qiymətləndirmə edib.
Mücahid, Əfqanıstanla bağlı səylərini müsbət qiymətləndirdikləri BMT-nin Əfqanıstan Xüsusi Qiymətləndirmə Missiyasının koordinatoru Sinirlioğlunun "problemləri həll etmək üçün Əfqanıstanın vəziyyətini dünyaya realist bir baxışla əks etdirdiyini" ifadə etdi.
Sinirlioğlu 2023-cü ilin aprel ayında BMT-nin Əfqanıstan üzrə Xüsusi Qiymətləndirmə Missiyasının Koordinatoru vəzifəsinə təyin edilib, ölkədəki problemlərə həll yolları tapmaq üçün bir çox təşəbbüslər edib və dəfələrlə Əfqanıstana səfər edib.
Xəyal Ramiz