Fələstin lideri Mahmud Abbas fevral ayında Rusiyaya səfər edəcək.
Ednews xəbər verir ki, bu barədə Fələstin administrasiyası məlumat yayıb.
Səfər çərçivəsində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
"Konkret tarix hələ ki, təyin edilməyib. Lakin çox güman ki, səfər fevral ayında baş tutacaq", - deyə bildirilib.