“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak fevralın 28-i və 29-da Heydər Əliyev Sarayında solo konserti ilə çıxış edəcək
Ednews Azərtac.az-a istinadən xəbər verir ki, səhnəyə Azərbaycanın əməkdar artisti Səbinə Babayeva da çıxacaq.
Belarus mənşəli norveçli musiqiçi Aleksandr Rıbak “Eurovision-2009” müsabiqəsində qələbə qazandıqdan sonra məşhurlaşıb.
Müsabiqənin finalında onun “Fairytale” kompozisiyası rekord sayda səs - 387 bal toplamışdı. Musiqiçinin “Fairytales” debüt albomu doqquz Avropa ölkəsində ilk iyirmiliyə daxil olub, Rusiyada və Norveçdə isə birinci yer tutub.