ABŞ Dövlət Departamentindən verilən açıqlamada Şimali Koreyanın Ukraynada istifadə edəcəyi ballistik raketlərin sınağı və tədarükü ilə məşğul olan 3 Rusiya şirkəti və bir nəfərə sanksiya tətbiq edilməsinə qərar verildiyi açıqlanıb.
Ednews birgun.net -ə istinadən xəbər verir ki,
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ABŞ-ın sanksiyalarından sonra Rusiyanın silah və sursat tədarükü sahəsində məkanının daraldığını və Moskvanın bölgədəki tərəfdaşları ilə daha çox hərbi əməkdaşlığa can atdığını bildirib.
Bu prosesdə Şimali Koreyanı Rusiyaya ballistik raketlər tədarük etməkdə günahlandıran Kirbi, "Bizdə olan məlumatlar göstərir ki, Koreya Xalq Demokratik Respublikası son vaxtlar Rusiyaya ballistik raketlər və raket buraxılış qurğuları tədarük edib.
Xəyal Ramiz