İslandiyada fəhlə zəlzələ və vulkan püskürməsi nəticəsində yaranan nəhəng dərəyə yıxıldıqdan sonra yoxa çıxıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, itkin düşən çərşənbə günü qəzaya uğrayarkən balıqçı şəhəri Qrindavikdə zəlzələlər və vulkanik fəaliyyət nəticəsində yaranan çatları doldurmaq üçün işləyirdi.
Yüzlərlə xilasedicinin cəlb olunduğu axtarış işləri cümə axşamı gecə saatlarında torpaq sürüşmələrinin əraziyə tonlarla qaya düşməsindən sonra dayandırılmalı olub.
Polis rəisi Ulfar Ludviksson deyib: "Biz axtarışı gecə yarısı dayandırmalı olduq, çünki işləyənlərin təhlükəsizliyinə zəmanət verə bilmədik".
Norveç MeteorologiyaAgentliyin saytında yer alan xəbərə görə, qəza Grindavik şəhərinin sərhədləri daxilində çatlardan yaranan riskin əvvəlkindən daha yüksək olduğu təxmin edilən zaman baş verib.
Oğuz