“Forbes”in “Ən Güclü Qadınlar” siyahısında beşinci yeri tutan və “Time” jurnalı tərəfindən ilin adamı seçilən Teylor Svift son zamanlar dünyanın ən çox danışılan adlarından birinə çevrilib.
Ednews ntv.com.tr-ə istinadən xəbər verir ki, müğənninin “Pentaqon layihəsi” olduğu iddia edilib.
Uğurları ilə adından söz etdirən 34 yaşlı müğənninin "Pentaqon layihəsi" olduğu iddia edilib . ABŞ-da yerləşən Fox News xəbər kanalında "Jesse Waters Primetime" proqramını aparan Cessi Uotters "Taylor Sviftin necə bu qədər uğur qazandığını heç düşünmüsünüzmü?" soruşdu.
“Təxminən 4 il əvvəl Pentaqonun psixoloji əməliyyatlar bölməsi Taylor Swift-i aktivə çevirmək qərarına gəldi”, - deyə aparıcı bildirib. Uotters yayım zamanı bəzi görüntülər paylaşıb. Görüntülərdə 2019-cu ildə NATO danışıqlarında məruzəçi Swift-i qlobal təsirə malik adlardan biri kimi göstərir.
Bu xəbərdən sonra Pentaqon açıqlama verib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq müğənninin hit olan "Shake It Off" mahnısına istinad edərək, "Bu sui-qəsd nəzəriyyəsinə gəlincə, biz onu sarsıdacağıq" dedi. Sinq müğənniyə müxtəlif istinadlar edərək bu iddiaları istehza ilə rədd edib.
Xəyal Ramiz