Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.
Ednews xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.
Belə ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.