Uzaq Şərqdə müharibə təbili?
Yaponiyanın müdafiə naziri Minoru Kihara Birləşmiş Ştatların səfiri Rahm Emanuel ilə ölkəyə ABŞ istehsalı olan raketləri almağa icazə verən müqavilə imzalayıb.
Ednews "Times" nəşrinə istinadən xəbər verir ki, saziş ABŞ-dan 400 uzunmənzilli “Tomahawk” raketinin alınmasını nəzərdə tutur, çünki ölkə regional təhlükəsizliyə qarşı çağırışların öhdəsindən gəlmək üçün hərbi imkanlarını artırmaq məqsədi daşıyır.
Keçən il Yaponiyanın baş naziri Fumio Kişida Tokionun “özünümüdafiə imkanlarını gücləndirmək üçün” Tomahawk qanadlı raketləri almağa çalışdığını açıqlayıb.
Əkbər