Fransanın xarici işlər naziri Stefan Sejourne iddia edib ki, Rusiyanın Ukrayna əməliyyatı uğurlu olarsa, Rusiya dünya taxıl ixracının 30 faizinə nəzarət edəcək.
Ednews turkrus.com-a istinaxəbər verir ki, Fransalı nazir “Le Parisien” qəzetini şərh edərkən, “Əgər dünya buğda bazarının üçdə biri Rusiyanın nəzarətinə keçərsə, Fransa buğdası dünya bazarlarında təhlükə altında olacaq” deyib.
Rusiyanın qələbəsinin Fransanın kənd təsərrüfatı sektoru üçün “faciə” anlamına gələcəyi fikrini dilə gətirən Sejourne bu halda ölkədə inflyasiyanın artacağını və ərzaq sahəsində ciddi problemlərin yarana biləcəyini proqnozlaşdırıb.
Münaqişələrə son qoymaq üçün “Ukraynaya dəstək verilməlidir” deyən fransalı nazir Kiyevə dəstəyin Ukrayna prezidenti Zelenskinin öz xalqına “dəstək davam edir” mesajı verməsi üçün vacib olduğunu bildirib.
Xəyal Ramiz