Astrofizik Dr. Umut Yıldız sosial media hesabındakı paylaşımında NASA-dakı işindən ayrıldığını və Türkiyəyə dönəcəyini açıqlayıb.
Ednews xəbər verir ki, o, paylaşımda belə yazıb:
"Bir gün NASA-dan ayrılacağımı, özü də bu barədə yazacağımı heç düşünməmişdim. Özümü demək olar ki, doğuşdan bəri kosmos həvəskarı kimi görürəm və düşüncələrim həmişə belə olub. İllərdir kosmos üçün nəsə etməyə çalışmışam. Bir çox layihələrdə iştirak etdim. Bunun son 10 ili NASA/JPL-də həm astrofizik, həm də kosmos rabitəsi sahələrində keçdi. Gözəl insanlarla tanış oldum. Mənə çox töhfə verən və özümü və ətrafımı yaxşılaşdırmaq fürsəti əldə etdim".
Oğuz