İran İslam Respublikasının ordusu yanvarın 23-də öz arsenalına kəşfiyyat və döyüş əməliyyatları üçün nəzərdə tutulan yeni pilotsuz uçuş aparatları (PUA) tədarük edib.
Ednews xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, İran istehsalı olan bu dronlar elektron döyüş sistemləri, naviqasiya cihazları və dəqiq zərbə silahları ilə təchiz edilib.