"Avropa İttifaqının Ukraynaya maliyyə dəstəkləri daha çox ölümlərə və yoxsulluğa səbəb olur".
Ednews xəbər verir ki, bu sözləri Slovakiya Milli Şurasının (parlamentinin) sədr müavini Lubos Blaha Telegram kanalında yazıb.
"Ukrayna uduzur, əks-hücum uğursuzluğa düçar olub və ölkəyə hər hansı əlavə yardımın göstərilməsi daha çox yoxsulluğa və ölümə səbəb olacaq. Ukraynalıların inciməli olduqları heç nəyi yoxdur. Slovakiya onlara böyük həcmdə yardım göstərir və xalq [Slovakiya vətəndaşları] artıq bundan yorulub".
O, həmçinin Blaha, Ukraynanı dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri adlandırdığı üçün Aİ tərəfindən Ukraynaya maliyyə yardımını "milyardları qara dəliyə tökmək" kimi qiymətləndirdi.
Əkbər