Bu gün Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyası öz qurultayında ölkənin baş naziri postuna namizədi irəli sürəcək.
Ednews xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Həmçinin qurultayda bir neçə gün əvvəl Baş nazir vəzifəsindən istefa verən İrakli Qaribaşvili partiyanın yeni sədri seçiləcək.
Hakim partiya baş nazir postuna “Gürcü arzusu – demokratik Gürcüstan”ın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyini irəli sürəcək.