Amerikalı milyarder, investor və "Meta"-nın sədri Mark Zukerberq yenə də ABŞ-nin Milli Məhkəməsinə çağırılıb.
Ednews Reuters-ə istinadən xəbər verir ki, Zukerberqin məhkəməyə çağırılmasında səbəb Facebook və İnstagram kimi sosail media platformalarında uşaqların zərərli kontentlərlər üzləşməsidir.
Ölkədə valideynlərin çoxsaylı narazılıqlarını və şikayətlərini nəzərə alaraq Milli Məhkəmə Zukerberq və şirkətin digər səhmdarlarının məhkəmə qarşısında təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməsini tələb edib.
Qeyd edək ki, bundan bir neçə gün öncə Facebook-da bir neçə uşağın cinsi zorakılığa məruz qaldığı görüntülər yayılıb.
Bununla bağlı məhkəməyə çıxış edən milyarder iş adamə məhkəmə və uşaqların valideynləri qarşısında üzr istəyib.
Fərid