İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ölkənin nüvə enerjisi potensialının təkmilləşdirilməsi təşəbbüsünə uyğun olan yeni Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlandığını elan edib.
Ednews xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA məlumat yayıb.
5 min meqavat gücündə İran-Hormüz AES-in Hörmüzqan əyalətinin cənubunda yerləşən Sirik şəhərində inşa ediləcəyi bildirilib.
Xatırladaq ki, Rusiya hazırda İranın cənub-şərqində Fars körfəzi sahillərində yerləşən Buşehr AES- in ikinci enerji blokunu - Rusiya-İran birgə layihəsi olan ən böyük enerji blokunu tikir.
Əkbər