Ukrayna Prezidenti Volodimir Zelenskinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı baş tutub.
Ednews xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Ukrayna lideri söhbət zamanı Kiyevə humanitar yardıma görə Tokayevə təşəkkür edib və onu Ukrayna sülh formulunun həyata keçirilməsi üzrə təhlükəsizlik müşavirlərinin danışıqlarının nəticələri və Qlobal Sülh Sammiti öncəsi hazırlıq işləri barədə məlumatlandırıb.
“Danışıq zamanı ölkələr arasında siyasi dialoqun və ticarət-iqtisadi əlaqələrin intensivləşdirilməsi müzakirə olunub”, - deyə Zelenski qeyd edib.