“Qəzza İsrail silahlarının test zonasına çevrilib”.
Ednews xəbər verir ki, bu iddia ilə Fransanın “Media Part” nəşri çıxış edib.
Məlumatda qeyd edilib ki, İsrail Qəzza zolağında ilk dəfə müasir silah və texnologiyalardan, o cümlədən GPS və lazer sistemi ilə işləyən yeni idarəedici sistemli “İron sanc” minaatanlarından istifadə edilib.
Həmçinin Howlit və Yatid raketləri və “Naqab 7” avtomatı, “Şəmas” nişangahından istifadə edilib.
Qeyd edək ki, İsrail bir neçə həftə əvvəl hədəfləri müəyyən etmək üçün süni intellekt sistemindən istifadə etdiyini də mediaya açıqlayıb.
Loğman Yunis