İranda Nəsrin Həsəni adlı xanım jurnalist yeddiaylıq həbs cəzasını çəkmək üçün Bocnurd şəhər zindanına aparılıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” “Telegram” kanalı yayıb.
Mənbə yazır ki, ona ictimai düşüncəni çaşdırmaq məqsədilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaq və ictimai yerlərdə hicabsız gəzmək ittihamları ilə yeddi ay həbs və əlavə olaraq 10 milyon tümən (405 manat) cərimə cəzası verilib.