Bu gün Qəzzadan qayıdan İsrail əsgərlər müharibə zamanı başlarına gələn hadisələri danışıb.
Ednews xəbər verir ki, bu barədə İsrailin İdiot Ahronut qazeti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, əsgərlər vətənlərinə bir həftədi qayıtmasına baxmayaraq hələ də yaşadıqları qorxulardan xilas ola bilmirlər.
Sözügedən əsgərlər ifadələrində bildiriblər ki, Qəzzaya daxil olduğumuz ilk gündən bəri dəhşətli hadisələrlə üzləşdik. Snayper atəşinə məruz qaldıq, güllələr başımızın üstündən uçurdu. Tank əleyhinə bomba ilə vurulan başqa bir komandanın yaralılarını müalicə etdik, o anda anladıq ki, bizim evə qayıtmağımız şansmızdan aslıdır.
Başqa bir əsgər isə bu sözləri deyib: “Qəzza zolağının gecələri çox qaranlıq idi dağıdılmış binalardan heç bir şey görünmürdü, sanki burada qiyamət günü başlamışdı. Qəzza bizim üçün“kabus” şəhərə çevrildi”.
İsrail ordusunun ehtiyat qüvvələrdə ilk dəfə xidmət edən əsgər isə bu sözləri deyib: “Mən Qəzzada olarkən həyatımı itirməyimdən qorxurdum, hərbi əməliyyat zamanı yoldaşlarımı ağlayarkən görür, vicdan əzabı çəkirdim.
Loğman Yunis