Rusiya-Qazaxıstan sərhədində 4,8 bal gücündə zəlzələ baş verib.
Ednews xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qazaxıstanın Ust-Kamenogorsk şəhərindən 160 km şimal-şərqdə 45 km. dərinlikdə yerləşib.
Zəlzələ Rusiyanın Ust-Kan şəhərindən isə 32 km cənub-qərbdə hiss edilib.