ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin Qəzzanın Rəfah şəhərinə mümkün hərbi hücumları ilə bağlı "Qəzzada olanların daha çox əziyyət çəkdiyini görmək istəmədiklərini" açıqlayıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Pentaqon sözçüsü, briqada generalı Patrik Rayder mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın İsrailin Rəfaha qarşı mümkün hərbi hücumlarını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala Rayder belə cavab verib:
"Bilirsiniz, Qəzzada olanlar üçün daha çox insan əzabını görmək istəmirik. Buna görə də israilli tərəfdaşlarımızla fəal şəkildə əlaqə saxlayırıq. Əməliyyatların planlaşdırılması və icrasında mülki vətəndaşların nəzərə alınması tələblərini irəli sürürük".
Oğuz