Hindistanda fermerlər paytaxt Yeni Dehliyə yürüş edib.
Ednews xəbər verir ki, Hindistanın fərqli şəhərlərindən yürüşə çıxan fermerlər, məhsullarda stabil qiymətindən olmamasından narazıdır.
Baş verən üsyan nəticəsində Dehli polisi paytaxtı müvəqqəti mühasirəyə alıb.
Qeyd edək ki, fermerlər və həmkarlar ittifaqları da fevralın 16-da tətil elan ediblər və bu tətil zamanı kənd təsərrüfatı ilə bağlı heç bir iş aparılmayacaq. Bütün kəndlərdə mağazalar, bazarlar və ofislər bağlanacaq, fermerlər ölkə daxilində əsas yolları bağlayacaqlar.
Əkbər