Almaniyanın N-TV telekanalının məlumatına görə, Norveç kəşfiyyat xidmətləri “Rusiya Şimali Koreya və Çinin dəstəyi ilə Ukraynadakı mövqelərini gücləndirib” xəbər verib.
Ednews odatv4-ə istinadən xəbər verir ki, bəbərlərdə ABŞ-dakı güc münaqişələri Kiyevə kömək etməyi çətinləşdirsə də, Norveç kəşfiyyatı Moskvanın regionda güc balansını dəyişmək üçün doğru anı ələ keçirdiyi barədə xəbərdarlıq edib.
Norveçin hərbi kəşfiyyatının rəhbəri Niels Andreas Stenneses milli təhlükəsizlik risklərinə dair illik hesabatını təqdim edərkən deyib ki, Kiyevin vəziyyəti dəyişmək ümidini saxlamaq üçün Qərbin yeni geniş hərbi yardımına ehtiyacı var.
Stennesin sözlərinə görə, Rusiya İran, Belarus və Şimali Koreyadan hərbi dəstək alır və Çin silah verməsə də, Rusiya müdafiə sənayesini maşın, nəqliyyat vasitələri, elektronika və ehtiyat hissələri ilə təmin edir.
Xəyal Ramiz