2024-cü ilin yanvar ayında İsveçdə inflyasiyada 5,4 faizədək artım müşahidə edilib.
Ednews xəbər verir ki, bu barədə İsveçin Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, inflyasiya ilk olaraq mənzillərin qiymətinə öz təsirini göstərib. Bununla yanaşı, qida məhsullarının və elektrik enerjisinin qiymətlərində də artım yaranıb.
Ölkənin maliyyə naziri Elizabet Svantesson bildirib ki, cari vəziyyət 2024-cü ildə düzəlməyəcək. Hətta bu il işsizliyin sayının da artacağı gözlənilir.