İtaliyanın Azərbaycandakı səfirliyi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Ednews xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Xocalı faciəsi gələcək nəsillər üçün xəbərdarlıqdır və regionda sülhün bərqərar olmasına töhfə verəcək”, - paylaşımda qeyd edilib.