İran bütün dünyada nüvə silahının ləğvini tələb edib.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian tərksilah üzrə konfransda deyib. Onun fikirlərinə görə bu, bəşəriyyət üçün ən böyük təhlükədir.
"Nüvə silahlarının tamamilə ləğvi Xirosima və Naqasaki kimi faciələrin təkrarlanmasının qarşısını almaq üçün yeganə təsirli və etibarlı yoldur", o, əlavə edib.
O əlavə edib ki, İran "Nüvə silahlarının yayılmaması haqqında Müqavilənin bütövlüyü və həyat qabiliyyətinin bütün daxil edilmiş öhdəliklərin, o cümlədən nüvə güclərinin səmərəli və nəticəyönümlü nüvəsizləşdirmə üzrə danışıqlar aparmalı olduğunu bildirən 6-cı maddənin tam yerinə yetirilməsindən asılı olduğuna əmindir".
Əkbər