Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ olub.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib. Dağıntı və insan itkisi barədə məlumat verilmir.