Cənubi Koreya hökumətin tibb fakültələrinin kvotalarını artırmaq planlarına etiraz olaraq istefa verən, işini dayandıran və səhiyyədə xaosa səbəb olan 4900 intern-həkimin tibbi lisenziyalarının dayandırılması prosesinə başlayıb.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Cənubi Koreya hökuməti bu gün tətilə görə işini tərk edən intern həkimlərə qarşı sanksiyalar tətbiq etməyə başladığını açıqlayıb.
Fevralın 20-dən hökumətin tibb fakültələrinin kvotalarını genişləndirmək planlarına etiraz edən 4900 həkimin lisenziyası ləğv ediləcək.
Tətil hökumətin Cənubi Koreyanın sürətlə qocalan əhalisinə xidmət etmək üçün lazım olduğunu söylədiyi həkimlərin sayını kəskin şəkildə artırmaq planlarından sonra keçirilir.
Səhiyyə rəsmiləri artımın xidmət keyfiyyətini aşağı salacağını müdafiə edirlər.
Təxminən 12,000 intern həkim (stajyer işçi qüvvəsinin 93 faizi) hökumətin işə qayıtma əmrlərinə və qanuni tədbirlər görülməsi hədələrinə baxmayaraq xəstəxanalara qayıtmadı.
Bu, Seul hökumətini hərbi həkimləri səfərbər etməyə məcbur etdi.
Hökumət daha əvvəl tətil edən həkimlərə lisenziyalarının üç ay müddətinə dayandırılacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu cəzanın həkimlərin mütəxəssis olmaq vaxtını ən azı bir il gecikdirəcəyi gözlənilir.
Xəyal Ramiz