İtaliyanın baş naziri Giorgia Meloni süni intellekt üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını və hökumət olaraq bu sektor üçün qanun layihəsi üzərində çalışdıqlarını bildirib.
Ednews Meloni, süni intellekt sektoru üçün 1 milyard avroluq investisiya fondu yaradacaqlarını vurğulayıb.
İtaliyanın baş naziri Meloni "İtaliya üçün süni intellekt" proqramına verdiyi video müraciətdə, "Hökumət hazırda təsdiqlənmə mərhələsində olan Avropa tənzimləməsini tamamlayan bəzi prinsip və qaydaların yaradılmasına yönəlmiş qanun hazırlayır və istehsal gücümüzü təşviq edəcək ən təsirli tədbirlərdir."
Baş nazir Meloni, süni intellektə əsaslanan texnologiyaların istifadəsində səlahiyyətli orqan kimi fəaliyyət göstərəcək ən uyğun qurumu müəyyən etmək üçün çalışacaqlarını da ifadə etdi.
Digər tərəfdən, bu gün 5 illik sənaye planını açıqlayan dövlətin nəzarətində olan İtalyan müdafiə sənayesi şirkəti Leonardo-nun rəqəmsallaşma yolu ilə rəqabət qabiliyyətinin artırılması, kiber qabiliyyətlərin inkişaf etdirilməsi və süni intellekt də daxil olmaqla innovativ texnologiyalara Ar-Ge xərclərinə diqqət yetirəcəyi bildirildi.
Xəyal Ramiz