Hollandiyanın islamofob və populist çıxışları ilə tanınan lideri Qeert Vaylders (Geert Wilders) baş nazir vəzifəsindən imtina edib.
Ednews xəbər verir ki, o, bu barədə "X" platformasında açıqlayıb.
"Mən yalnız koalisiyadakı bütün partiyalar baş nazirliyimi dəstəkləsə, bu vəzifəyə gələ bilərəm. Lakin hazırda vəziyyət belə deyil".
O, sonda əlavə edib ki, o, bir gün Hollandiyanın baş naziri olacağına ümid edir.
Xatırladaq ki, İfrat sağçı Azadlıq partiyası (PVV) keçən ilin sonunda seçkilərdə birinci olmaqla Hollandiyanı şoka salmışdı.
Əkbər