Böyük Britaniya iqtisadiyyatı tənəzzüldən çıxa bilər
Ednews Capital Economics-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın 2024-cü ilin əvvəlində qısamüddətli tənəzzüldən çıxma ehtimalı artır.
Yanvar ayında iqtisadiyyat 0,2% artıb , 2023-cü ilin ikinci yarısında tənəzzüldən sonra ilin birinci rübündə böyüməyə qayıtmaq ümidlərini artırdı.
Bununla belə, İngiltərə və Uels Mühasiblər İnstitutu İqtisadiyyat Direktoru Suren Thiru iqtisadiyyatın yavaş bərpası ehtimalına işarə edir. Yanvarda güclü pərakəndə satış xərclərinə görə gözləniləndən daha çox artan yerli istehsal bərpa əlamətlərini daşıyır. Amma Thiru, yağışlı hava şərtlərin fevral ayında fəaliyyətləri dayandıra biləcəyini və yüksək faiz dərəcələrinin və işçi çatışmazlığının bərpanı çətinləşdirməyə davam edəcəyini qeyd edir.
Xəyal Ramiz