Son zamanlar Rusiya vətəndaşlarının xaricə ən çox investisiya qoyduğu səhmlər araşdırılıb/
Ednews rusturk.com-a istinadən xəbər verir ki, Rusiya vətəndaşlarının Hindistan səhmlərinə investisiyaları 2023-cü ilin son üç ayında 8,4 faiz artımla rekord qırdı.
Dumanın deputatı Aleksey Qovirin Rusiya vətəndaşlarının Hindistana investisiyalarının 2 milyard dollara çatdığını bildirib.
Govırın, “Rusiya vətəndaşları birjalarda səhmlərə sərmayə qoyur, fondlar vasitəsilə investisiya edir və istiqraz alırlar. “Hindistanın yüksək iqtisadi artımı, müxtəlif sektorlar üzrə perspektivləri, demoqrafik göstəriciləri və ölkələr arasında yaxşı münasibətlər sayəsində bu maraq var”, - o deyib.
Ekspertlər bildirirlər ki, Hindistanın iqtisadi inkişafı, eləcə də Rusiya üçün “dost ölkə” olması bu ölkəni rusiyalı investorlar üçün cəlbedici edir.
Xəyal Ramiz