Süni intellekt psixoloji xəstəliklərin diaqnostikasında istifadə edilməyə başlandı.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Taylandda süni intellekt texnologiyası "depressiya və intihar düşüncələri" olan insanlara kömək etmək üçün istifadə olunur.
Bildirilib ki, sınaq mərhələsində olan texnologiya ilkin tapıntılara əsasən, diaqnozlarının dəqiqliyi baxımından “keçid qiyməti” alıb.
“Bangkok Post” qəzetinin məlumatına görə, Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi İdarəsi (NHSO) tərəfindən istifadə edilən “AI DMIND” adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.
Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələri tərəfindən birgə hazırlanmış süni intellekt texnologiyası nazirliyin səs yazılarını təhlil edərək xəstələrin “depressiya əlamətlərini və intihar düşüncələrinə meylliliyini” aşkar edə bilir. arxiv.
“AI DMIND” texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı “keçid qiyməti” alıb.
Bildirilib ki, NHSO çərçivəsində həyata keçirilən “AI DMIND” texnologiyası geniş xəstə bazasına çıxışı asanlaşdırmaqla xəstələrin müalicə prosesinin sürətləndirilməsinə töhfə verib.
Chulalongkorn Universiteti Sağlamlıq Fakültəsinin Dekan müavini Prof. Dr. Nijasri Charnnarong açıqlamasında son illərdə psixoloji pozğunluqların artdığına diqqət çəkərək, "Təkcə keçən il Taylandda 15 yaşdan yuxarı təxminən 1,5 milyon insana diaqnoz qoyuldu. Onların yalnız üçdə biri uyğun müalicə prosesinə başladı"- dedi.
Xəyal Ramiz