"Putinin qələbəsi siyasi repressiyaların göstərgəsidir".
Ednews "The Guardian" - a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron söyləyib. O, Rusiyada keçirilən prezident seçkilərini tənqid edərək bildirib ki, Vladimir Putinin qələbəsi ölkədə siyasi repressiyaların dərinliyini göstərir.
"Putin siyasi rəqiblərini uzaqlaşdırır, mediaya nəzarət edir, sonra isə özünü qalib elan edir. Bu, demokratiya deyil".
Qeyd edək ki, o, həmçinin Rusiyanın 2022-ci ildə ilhaq etdiyi Ukraynanın dörd bölgəsində seçki keçirmək qərarını pisləyib və bunu "BMT Nizamnaməsinin və Ukraynanın suverenliyinin iyrənc pozulması" adlandırıb.
Əkbər