Polşa Danimarkadan dəniz freqatları üçün müdafiə sistemləri alacaq.
Edmews xəbər verir ki, bu barədə Polşa dövlət müdafiə konserninin yaydığı məlumatda deyilir.
Bu məqsədlə Danimarkanın "Terma" şirkəti ilə müdafiə sistemlərinin tədarükü üçün müqavilə bağlanıb.
Qeyd olunur ki, bu sistemlər həm sualtı, həm də raketdən effektiv müdafiəni təmin edəcək.
Bundan əvvəl Polşanın "Miecznik" proqramı çərçivəsində çoxməqsədli raket freqatlarının tikintisinə başladığı barədə xəbərlər yayılıb.