ABŞ Rusiya və İrana təzyiq göstərmək üçün yenidən “sanksiya” kartını irəli sürüb. İranın müdafiə sənayesində inkişafı hədəflənib.
Ednews odatv-ə istinadən xəbər verir ki, İrana tədarük etdiyinə görə Türkiyədən beş şirkət və iki fiziki şəxsə sanksiya tətbiq edilib.
Rusiyanın ardınca ABŞ da İranla işləyən şirkətlərə qarşı sanksiyalarını davam etdirib . ABŞ səfirliyi rəsmiləri türk şirkətlərini 'Rusiya ilə iş görməyin' təhdid edərkən, ABŞ Maliyyə Departamenti İranla əlaqələri səbəbilə Türkiyədə 5 şirkət və 2 nəfərə sanksiya tətbiq edib . ABŞ Maliyyə Nazirliyi çərşənbə günü İranın nüvə silahı proqramlarını dəstəkləyən İran, Türkiyə, Oman və Almaniyada yerləşən üç təchizat şəbəkəsini sanksiyalarla hədəfə alıb.
Xəyal Ramiz