“Crocus City Hall”da törədilən teraktda zərərçəkənlərin sayı 361 nəfərə çatıb.
EDnews Rusiya mətbuatına istinadən xəbər verir ki, xilasedicilər işlərini davam etdirirlər.
Zərərçəkənlərin sayının belə kəskin artması insanların kütləvi şəkildə psixoloji yardıma müraciət etməyə başlaması ilə izah olunur. Bəzi hallarda pasiyentlər zərər çəkən sayılırlar.
Belə ki, onların əksəriyyəti yuxusuzluqdan, narahatlıqdan və yaranan psixoloji travmadan şikayətlənirlər.