Serbiya prezidenti Vuçiç bildirib ki, son 48 saat ərzində ölkədə baş verə biləcək təhlükə ilə bağlı vacib məlumat alıb.
Ednews "euroctiv"ə istinadən xəbər verir ki, o, son iki gündə ona danışmaqda çətinlik çəkdiyi xəbərlər gəlib:
“Hazırda mənim üçün son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək asan deyil. Yaxın günlərdə mən Serbiya xalqını qarşıda duran bütün çağırışlar barədə məlumatlandıracağam. Həmişə olduğu kimi çətin olacaq. Biz mübarizə aparacağıq. Serbiya qalib gələcək”.
Qeyd edək ki, hələlik bunun nədən ibarət olduğunu dəqiqləşdirməyib.
Əkbər Novruz