Moskvada yerləşən və azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Crocus"da baş verən terror aktından sonra ən azı 95 nəfər itkin düşüb.
Ednews xəbər verir ki, bu barədə Rusiyaya məxsus Telegram kanalları yazıb.
Mənbə qeyd edir ki, siyahı itkin düşənlərin yaxınlarının müraciəti əsasında əməliyyat xidmətlərinin əməkdaşları tərəfindən tərtib edilib.
Bu siyahıya yaralananlar və ölənlər siyahısında olmayanlar qohumları tərəfindən axtarılan şəxslər daxildir.
Hazırda rəsmi olaraq 140 nəfər dünyasını dəyişib.