Əl-Cəzirə media agentliyinin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda həyat yoldaşının ata yurduna gəlib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Əl-Cəzirə media agentliyinin departament rəhbəri Sami Əl-Həcc Qubadlının Göğyal kəndini ziyarət ediblər.
Umud Mirzəyev səyahət zamanı bildirib ki, Sami Əh-Həcc həyat yoldaşının böyüyüb boya-başa çatdığı evi ziyarət edib:
"Sami bəy və yoldaşı Aygül xanım dəfələrlə bu yerlər və Qubadlı barəsində söhbət ediblər. Lakin bu yerləri canlı görmək fərqli hissdir. Maraqlısı odur ki, Sami bəy bu kənddə ilk dəfədir olurdu. Ancaq dağıdılmış və viran olmuş evlərin içində xanımının evini ilk baxışda tanıdı".
Sözü gedən videonu təqdim edirik :
Xəyal Ramiz