Böyük Britaniya kralı III Çarlz fərmanla 100 illik qadağanı ləğv edib və Britaniya əsgərlərinə 100 ildən sonra ilk dəfə saqqal saxlamağa icazə verilib.
Ednews xəbər verir ki, sənəd bu gün qüvvəyə minib.
Belə ki, qərar həm zabitlərə, həm də əsgərlərə şamil ediləcək.
Sərəncamda saqqalların “səliqəli” olmasının vacibliyi qeyd olunur: üz tüklərinin “qaydalara uyğunluğu” yoxlanılacaq.
Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulunda böhranla əlaqələndirilir. Müdafiə Nazirliyi saqqal qadağasını gülünc adlandırıb.