İsrail müxtəlif ölkələrdən, o cümlədən ərəb ölkələrindən birləşmiş hərbi qüvvələrin Qəzzaya göndərilməsini təklif edib.
Ednews xəbər verir ki, bu barədə “Axios” İsraildəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, belə bir modeli İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı təklif edib.
"Bu addımla anklavda HƏMAS-a aid olmayan bir idarəedici orqan yaradılacaq. Qəzzada humanitar vəziyyətə gəldikdə isə İsrailin ABŞ ilə artan qarşıdurması problemini həll edəcək". yüksək rütbəli İsrail rəsmisi bildirib.
Təl-Əviv təklif edir ki, ərəb qüvvələri məhdud bir keçid dövrü üçün Qəzzada qalsın və ABŞ-ın sahildə inşa edəcəyi müvəqqəti körpünün mühafizəsinə və yardımların əhaliyə çatması və HƏMAS-ın nəzarəti altına düşməməsini təmin etmək üçün humanitar karvanları müşayiət etməyə cavabdeh olsun.
Ərəb ölkələri arasında bu məsələ Misir və adı çəkilməyən daha iki ölkə ilə müzakirə olunub.
Qeyd edilib ki, İsrailin təklif etdiyi bu üsul ümumilikdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutmur.