İtaliyanın Bari şəhərinin mərkəzi meydanında atışma olub.
Ednews xəbər verir ki, hərəkətdə olan avtomobildən ətrafa odlu silahla atəş açılıb. Nəticədə 22 yaşlı gənc sinəsindən dəyən iki güllə ilə yaralanıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyəti stabildir.
Təhlükəsizlik qüvvələri hadisənin başvermə səbəbini araşdırır. İlkin məlumata görə, gənc əvvəllər məhkum edilmiş şəxsdir.