Meksikanın Oaxaka əyaləti sahillərində batmış qayıqda 8 çinli mühacirin cəsədi tapılıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, əyalət prokurorluğundan verilən açıqlamada, mühacirlərin cəsədlərinin martın 29-da San-Fransisko del Mar şəhərindəki çimərlikdə tapıldığı bildirilib. Açıqlamada immiqrantların Qvatemala sərhədindəki Çiapas əyalətindən meksikalı bir şəxsin idarə etdiyi qayıqla yola çıxdıqları, lakin daha sonra qayığın batdığı bildirilib.
Açıqlamada gəmidəki 1 çinlinin qəzadan sağ çıxdığı, 7-si qadın olmaqla 8 çinli mühacirin həyatını itirdiyi bildirilib.
Uzun illərdir ki, bir çox qeyri-qanuni immiqrant Mərkəzi Amerika ölkələrindən Qvatemala və Meksika vasitəsilə ABŞ-a çatmağa çalışır.
ABŞ hökumətinin məlumatlarına görə, 2023-cü ildə 37 mindən çox Çin vətəndaşı Meksikadan ABŞ-a qanunsuz keçərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında 2 milyon 240 mindən çox insan Meksika üzərindən ABŞ-a keçmək üçün sərhədə gəlib.
Xəyal Ramiz