"İsrailin Suriyaya hücumu cavabsız qalmayacaq"
Ednews "barrons"a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi söyləyib.
O, İsrailin ölkəsinin Dəməşqdəki konsulluq binasına hücumunu pisləyib və "qorxaq cinayətin cavabsız qalmayacağını" deyib .
Rəisi öz ofisinin internet səhifəsində deyib: Sionist rejim Müqavimət Cəbhəsi döyüşçülərinin iman və iradəsi əleyhinə təkrarlanan məğlubiyyət və uğursuzluqlardan sonra özünü xilas etmək uğrunda mübarizədə kor-koranə qətlləri öz gündəliyinə salıb.
Əkbər Novruz