Hindistan yeni nəsil yerli ballistik raket Agni Prime-nin uçuş sınağını uğurla həyata keçirdiyini açıqlayıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada, Strateji Qüvvələr Komandanlığı və Müdafiə Araşdırmaları və İnkişafı ilə əməkdaşlıq çərçivəsində Odişa sahillərində yerləşən Abdul Kalam adasında Agni Prime-nin uçuş sınağı uğurla həyata keçirildiyi bildirilib.
Açıqlamada testin gözlənilən hədəflərə çataraq müvəffəqiyyətlə keçdiyi, sınaq məlumatlarının müxtəlif sabit nöqtələrə yerləşdirilən sensorlar və qısa mənzilli gəmilər kimi hərəkət nöqtələri vasitəsilə əldə edildiyi ifadə edildi.
Hindistanın müdafiə naziri Rajnath Singh də bildirib ki, uğurla inkişaf etdirilən raket silahlı qüvvələrdə “əla güc multiplikatoru” olacaq.
Hindistan istehsalı olan Agni raket sistemlərinin yeddinci nəsli olan orta mənzilli yer-yer tipli Agni Prime raketlərinin sınaqları 2021-ci ildən davam edir. Agni Prime raketlərinin məsafəsi 1000 ilə 2 min kilometr arasında dəyişir və raketlər nüvə başlıqları daşıya bilir.
Xəyal Ramiz