Belçikanın Leuven şəhərində Aİ-ABŞ Ticarət və Texnologiya Şurasının 6-cı iclası keçirilib.
Ednews bloomberght-a istinadən xəbər verir ki, köhnə nəsil çiplər üzərində araşdırmaları paylaşdıqlarını ifadə edən Vestager, çiplərdə tədarük zəncirlərinin davamlılığını artırmaq üçün gələcəyə hesablanmış tədbirlər görəcəklərini ifadə etdi.
ABŞ-ın dövlət katibi Antoni Blinken də ABŞ və Aİ-nin dünya ÜDM-nin yarısını təşkil etdiyini xatırladaraq, çağırışlara qarşı ortaq məqsədlər üçün birgə hərəkət etdikdə təsirli və böyük güc olduqlarını vurğuladı.
Görüşdə ümumi yanaşmanın müəyyən edilməsi və artan geosiyasi çağırışlar şəraitində ticarət və texnologiya məsələləri üzrə əməkdaşlığın artırılması diqqət mərkəzində olub.
Digər tərəfdən, 2021-ci ildə Aİ və ABŞ arasında fəaliyyətə başlayan Ticarət və Texnologiya Şurası bu sahələrdə əməkdaşlığı inkişaf etdirməyi və mübahisələri dialoq mühitində həll etməyi hədəfləyir.
Xəyal Ramiz