Cənubi Koreya SpaceX tərəfindən istehsal edilən "Falcon 9" adlı raketin daşıdığı ikinci casus peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.
Ednews Yonhap-a istinadən xəbər verir ki, Cənubi Koreya ölkənin ikinci casus peykinin orbitə çıxarılması ilə bağlı Müdafiə Nazirliyindən açıqlama verilib.
Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.
Peyk buraxılışdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxladı.
Müdafiə naziri Şin Von-sik də mətbuata açıqlamasında bildirib ki, Şimali Koreya bu ay ikinci casus peykini orbitə çıxara bilər.
Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyk göndərməyi planlaşdırır.
Xəyal Ramiz