İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 10:30-dan etibarən İsrail dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda bildirilir.